NATO Trampın siyasətini dəstəklədi

Dünya

10.04.2025 16:39

16

NATO-nun Baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampı Ukraynada davamlı sülhə nail olmaq səylərində dəstəkləmək istəyir. 

TodayPress xəbər verir ki, o, bu barədə Yaponiyanın "NHK" telekanalına müsahibəsində bildirib. 

O, həmçinin Ukraynada müvəqqəti nizamlanmanın yox, davamlı sülhün vacibliyini vurğulayıb.   

Siyasətçi qeyd edib ki, Birləşmiş Ştatların sayəsində Ukrayna xalqının ehtiyacı olan sülh razılaşması əldə oluna bilər. 

Türkan İsgəndərli

tag: NATO,Tramp,ABŞ,Mark Rutte,Todaypress.az,