NATO-ya xəbərdarlıq: “Zərbə bütün alyansa dəyəcək”
“Polşa və Baltik ölkələri ilk zərbə alanlar olacaq”.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narişkin “RİA”ya açıqlamasında deyib.
O bəyan edib ki, əgər NATO müttəfiq dövlətlər – Rusiya və Belarus əleyhinə hərbi təcavüzə yol verərsə, cavab zərbəsi yalnız konkret ölkələrə deyil, bütövlükdə Şimali Atlantika Alyansına yönələcək:
“NATO-nun aqressiyası halında ziyan bütün alyansa dəyəcək” deyə o vurğulayıb.
Narişkin əlavə edib ki, bu cür düşmənçilik niyyətlərinin ilk təsirini Polşa və Baltikyanı ölkələrin siyasi dairələri hiss edəcək:
“Ən çox zərər çəkənlər məhz bu ideyaların daşıyıcısı olan Polşa və Baltik ölkələrinin siyasi çevrələri olacaq” deyə o qeyd edib.
O, həmçinin bildirib ki, Fransa, Almaniya və Böyük Britaniya Avropada Ukrayna ətrafındakı eskalasiyanı artıran başlıca ölkələrdir.
Narişkin vurğulayıb ki, NATO-nun artan hərbi fəallığı fonunda Rusiya və Belarus xüsusi xidmət orqanları qabaqlayıcı tədbirlər görməyə hazırdır.
Qiymət Mahir
tag: NATO,Alyans,Polşa,Baltikyanı,todaypress.az,