Naycel Faraj Avropada siyasi inqilabın yaxınlaşdığını bildirdi

Dünya

22.02.2025 18:20

1675

Böyük Britaniyanın sağçı-populist Reform UK partiyasının lideri Naycel Faraj Avropada siyasi inqilabın baş verəcəyini proqnozlaşdırıb. 

TodayPress xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Faraj ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Münhen Konfransında çıxışını yüksək qiymətləndirib və onun söylədiyi hər bir sözün xoşuna gəldiyini vurğulayıb.

“Lakin o, Avropanın siyasi elitasını təmsil edən bir auditoriyaya xitab edirdi. Bu siyasi sinif artıq gediş yolundadır. Siyasi inqilab ABŞ-də baş verdi və bu, Avropanın qalan hissəsində də baş verəcək. Beləliklə, Cey Di Vens əslində Münhendə çıxışı ilə dövründən irəlidə idi” deyə Faraj bildirib.

Qiymət Mahir

tag: Böyük Britaniya,Dünya,Naycel Faraj,Avropa,todaypress.az,