Nazir: "Britaniya ABŞ-nin tariflərinə dərhal cavab verməyəcək"
"London ABŞ prezidenti Donald Tramp administrasiyasının xarici polad və alüminium tədarükünə tətbiq etdiyi tariflərdən məyusdur".
TodayPress xəbər verir ki, bu barədə Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds yazıb.
O əlavə edib ki, London dərhal ticarətlə bağlı əks tədbirlər görmək niyyətində deyil:
"Biz praqmatik yanaşma üzərində cəmləşmişik və Britaniya bizneslərinin və iqtisadiyyatımızın xeyrinə əlavə tariflərin aradan qaldırılması üçün daha geniş iqtisadi saziş üzrə danışıqlarda böyük sürətlə irəliləyirik" nazir deyib.
Qeyd edək ki, fevralın 10-da Tramp ABŞ-yə bütün xarici polad və alüminium tədarüklərinə 25% rüsum tətbiq etməyi əmr edib.
Qərar Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Avropa Birliyi, Kanada, Meksika, Cənubi Koreya və Yaponiya tədarüklərinə aiddir.
Türkan İsgəndərli
tag: ABŞ,Britaniya,Rüsum,Tarif,Todaypress.az,