Neft tankerində PARTLAYIŞ

Dünya

18.02.2025 10:20

2793

İtaliyanın Savona şəhərinin limanında “Seajewel” neft tankerində iki partlayış baş verib.

TodayPress xəbər verir ki, bu barədə “Fatto Quotidiano” qəzeti məlumat yayıb.

Bildirilib ki, Malta bayrağı altında üzən tanker Əlcəzairdən gəlib və fevralın 14-də İtaliya limanında yan alıb. Ekipaja iki güclü partlayış səsi barədə məlumat verib. 

Gəminin korpusunun yoxlanılması zamanı xaricdən təsir izləri olan deşik aşkar edilib. Neft sızması və ya yaralanan yoxdur. Hadisənin araşdırılması ilə Savona prokurorluğu məşğul olur.

Nicat Osman

tag: Partlayış,Tanker ,Fəlakət, Siqnal, Gəmi, todaypress.az,