Netanyahu ABŞ-yə gedə bilər

Dünya

04.04.2025 11:04

1004

ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. 

TodayPress xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. 

Tramp bildirib ki, İsrail rəsmisi gələn həftə Vaşinqtona səfər edə bilər.

ABŞ prezidentinin sözlərinə görə, onlar İsrail və Fələstin münaqişəsi ilə bağlı müzakirə aparmağı düşünürlər.   

Qeyd edək ki, Tramp və Netanyahu sonuncu dəfə fevral ayında görüşüblər. 

Türkan İsgəndərli

tag: İsrail,Netanyahu,ABŞ,Tramp,Səfər,Todaypress.az,