Netanyahu: "İsrail Hermondan çıxmayacaq"
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Suriyanın cənubundakı hərbi mövcudluğunun daimi olacağını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb
“İsrail ordusu Suriyada Hermon dağının (Cəbəl əl-Şeyx) zirvəsində qalacaq” deyə Netanyahu qeyd edib.
Baş nazir Suriya ordusunun Dəməşqin cənubunda olmasına icazə verməyəcəklərini bildirib və
bölgənin demilitarizasiya (hərbisizləşdirmə) olunacağını vurğulayıb.
Nicat Osman
tag: İsrail,Baş nazir,Benyamin Netanyahu,Suriya,todaypress.az,