Netanyahu: “İsrail Qəzzada qələbə qazanacaq”

Dünya

04.05.2025 18:30

21

İsrail Qəzza zolağında HƏMAS hərəkatına qarşı müharibədə mütləq qələbə çalacaq.

TodayPress xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, müharibə hələ başa çatmayıb və İsrail bu əməliyyatı dayandırmaq niyyətində deyil.

Netanyahu əlavə edib ki, İsrail hazırda Qəzzada “məskunlaşma planı” üzərində işləyir və nazirlər kabineti yaxın günlərdə məsələnin növbəti mərhələsini müzakirə edəcək. O, əsas məqsədlərin girovların azad olunması və HƏMAS-ın məğlub edilməsi olduğunu vurğulayıb.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib. 

Türkan İsgəndərli

tag: İsrail,Netanyahu,Qəzza,HƏMAS,todaypress.az,