Netanyahu kəşfiyyat rəhbərliyinə namizədini geri götürdü
İsrailin Baş naziri Benyamin Netanyahu mühafizəkarların etirazından sonra ölkənin “Şin Bet” daxili kəşfiyyat xidmətinin rəhbəri vəzifəsinə namizədini geri götürüb.
TodayPress xəbər verir ki, bu barədə "Foreign Policy" məlumat yayıb.
İsrail Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, istefada olan vitse-admiral Eli Şarvitin bu vəzifəyə ilk namizəd kimi təqdim edilməsindən bir gün sonra Baş nazirin mövqeyi dəyişib.
Netanyahunun imzaladığı məhkəmə islahatı qanununa etiraz edən və ABŞ prezidenti Donald Trampı iqlim dəyişikliyi siyasətini məhdudlaşdırdığına görə tənqid edən Şarvitin mövqeyinin mühafizəkarları qane etmədiyi bildirilir.
Qeyd edək ki, martın 31-də Netanyahu Eli Şarviti “Şin Bet” daxili kəşfiyyat xidmətinin yeni rəhbəri təyin edib.
Şarvit son 29 ildə xidmət işçisi olmadan “Şin Bet” rəhbəri təyin edilən ilk şəxs olub.
O, sonuncu dəfə 1996-cı ildə, Baş nazir İtshak Rabinin öldürülməsinin qarşısı alına bilinməyəndən sonra bu vəzifəyə kənardan təyin edilmişdir.
Töhfə Səməd
tag: İsrail,Netanyahu,Şin Bet,Namizəd,Todaypress.az,