Netanyahu: “Məqsədimiz HƏMAS üzərində qələbədir”

Dünya

01.05.2025 17:20

10

"İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatın əsas məqsədi HƏMAS hərəkatı üzərində qələbə qazanmaqdır".

TodayPress xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Yəhudi Dövlətinin Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdən birində çıxışı zamanı bəyan edib.

“Çoxsaylı məqsədlərimiz var. Biz 59 girovu geri qaytarmaq istəyirik. Amma bu müharibənin ali məqsədi düşmənimiz üzərində qələbədir” deyə Netanyahu bildirib.

Qiymət Mahir

tag: İsrail ,Qəzza ,HƏMAS ,Benyamin Netanyahu,Yəhudi ,todaypress.az,