Netanyahu rəsmi səfərlə Macarıstana gedir
İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 2-si axşam rəsmi səfərlə Macarıstana yola düşəcək.
TodayPress xəbər verir ki, bu barədə onun ofisi tərəfindən yayılan səfər cədvəlinə istinadən “The Times of Israel” məlumat yayıb.
Səfər çərçivəsində Netanyahu Macarıstanın baş naziri Viktor Orbanla görüşəcək.
Xatırladaq ki, Orban noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Qəzzada mümkün hərbi cinayətlərə görə Netanyahunun həbsinə dair qərarını rədd etmiş və onu Budapeştə rəsmi səfərə dəvət etmişdi.
Macarıstan həm Avropa İttifaqında, həm də NATO çərçivəsində İsrailin ən yaxın tərəfdaşlarından biri sayılır.
Qiymət Mahir
tag: İsrail,Netanyahu,Macarıstan,Səfər,todaypress.az,