Netanyahu Trampa təşəkkür etdi
İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində ABŞ prezidenti Donald Trampa Qəzza zolağındakı vəziyyətlə bağlı göstərdiyi dəstəyə görə təşəkkür edib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Netanyahu bildirib ki, Tramp İsrailə sarsılmaz dəstək göstərərək, Qəzza ilə bağlı uzaqgörən planını tətbiq edib və gecikmiş silah tədarükünü təmin edib.
O, həmçinin, ABŞ-nin xüsusi elçisi Stiven Vitkoffun təklif etdiyi müvəqqəti atəşkəsin uzadılması planını qəbul etdiklərini, lakin Fələstinin HƏMAS hərəkatının bu təklifi rədd etdiyini vurğulayıb.
Netanyahu, HƏMAS-ın Qəzzaya tədarük olunan mal və yükü oğurladığını və bunun Qəzzalıların ehtiyac duyduqları ləvazimatları əldə etmələrinə mane olduğunu bildirib.
O, xəbərdarlıq edib ki, HƏMAS İsraili girov saxlamağa davam edərsə, əlavə addımlar atılacaq.
“Bir daha təşəkkür edirəm, prezident Tramp, bizim təhlükəsizliyimizi gücləndirmək və firavan gələcək üçün etdiyiniz hər şeyə görə” deyə Netanyahu çıxışını sonlandırıb.
tag: İsrail,Benyamin Netanyahu,ABŞ,Donald Tramp,todaypress.az,