Netanyahu Trampla bir sıra məsələləri müzakirə edəcək
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla Amerikanın gömrük rüsumlarının tətbiqi, eləcə də Qəzza zolağında hərbi əməliyyatı müzakirə etmək niyyətində olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə o, Ağ Evin rəhbəri ilə görüşü planlaşdırılan Vaşinqtona uçmazdan əvvəl bildirib.
"Buradan mən prezident Trampın dəvəti ilə onunla bu məsələləri müzakirə etmək üçün ABŞ-yə gedirəm. Qəzzada qələbənin başa çatması və əlbəttə ki, İsrailə də şamil edilən tariflər məsələsini müzakirə edəcik. Ümid edirəm ki, bu məsələlərdə müsbət nəticə əldə edə bilərik, mənim məqsədim budur. Sizə deyə bilərəm ki, mən prezident Trampla İsrail iqtisadiyyatı üçün çox vacib olan bu məsələ ilə bağlı görüşən ilk xarici liderəm. Məncə, bu, ABŞ və İsrail arasında xüsusi şəxsi münasibətləri və hazırda böyük əhəmiyyət kəsb edən xüsusi bağı əks etdirir" Netanyahu bildirib.
Töhfə Səməd
tag: İsrail,Baş nazir,Benyamin Netanyahu,ABŞ,Donald Tramp,todaypress.az,