Netanyahunun məhkəməsi ləğv edildi
İsrail məhkəməsi Qəzza zolağında döyüşlərin yenidən artması səbəbindən Baş nazir Benyamin Netanyahuya qarşı iş üzrə təyin edilən iclası ləğv edib.
TodayPress xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Bildirilir ki, Baş nazir Baş Prokurorluğun razılığı ilə müvafiq vəsatət qaldırıb və məhkəmə onu təmin edib.
Qeyd edək ki, martın 18-də İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının hədəflərinə irimiqyaslı zərbələr endirib.
Türkan İsgəndərli
tag: NEtanyahu,İsrail,Məhkəmə,Ləğv,Todaypress.az,