New York Times: "Trampın Avropadan qopması Moskvaya hədiyyədir"

Dünya

08.03.2025 16:15

2940

"Tramp Avropadan qoparaq Moskvaya hədiyyə etdi" 

TodayPress xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Qeyd edilib ki, Rusiyanın arzusu Birləşmiş Ştatlar və Avropanı bölmək idi. Avropa ilə ABŞ-nin münasibətlərindəki soyuqluq rəsmi Moskva üçün müsbət irəliləyişdir. 

Xatırladaq ki, martın 6-da Avropa İttifaqı sammitinin iştirakçıları Avropanın mümkün təhlükələrə qarşı yenidən silahlanmasına dair yekun sənəd qəbul ediblər.

İddia olunur ki, bu sənəd çərçivəsində birlik müdafiə xərclərini kökündən artıracaq. 

Türkan İsgəndərli

tag: ABŞ,Rusiya,Avropa,Hədiyyə,Tramp,Todaypress.az,