Niderland ordusunu gücləndirir
Niderland hakimiyyəti krallığın ordusunun sayını 75 min nəfərdən 200 min nəfərə çatdırmaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə “NOS” teleradio şirkəti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Niderland Müdafiə Nazirliyi əvvəlcədən elan ediləndən daha çox adamı işə götürməyi planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl Müdafiə Nazirliyi ümumilikdə 100 min nəfəri orduya cəlb etmək istədiyini açıqlamışdı.
Aysel Mətləb
tag: Niderland,Ordu,Krallıq,todaypress.az,