Niderland Ukrayna ilə bağlı danışıqlara doğru irəlilədiyini açıqladı
“ABŞ-də Donald Trampın prezident seçilməsindən sonra Ukrayna ilə bağlı danışıqlara doğru irəliləyiş özünü büruzə verib”.
TodayPress, “RİA”ya istinadən xəbər verir ki, bunu Niderlandın sağçı "Demokratiya Forumu" partiyasının deputatı və parlamentin üzvü Qideon van Meyeren deyib.
Siyasətçinin sözlərinə görə, bəzi ekspertlər sülhü müdafiə etməyə başlayıblar və danışıqlara diqqət yetirmək lazım olduğunu deyirlər.
Meyeren bunun ABŞ-nin Ukraynaya dəstəyi dayandıracağı təqdirdə rəsmi Kiyevin daha döyüşə bilməyəcəyini başa düşməsi ilə bağlı olduğunu irəli sürüb.
Xatırladaq ki, daha əvvəl Qideon van Meyeren bildirmişdi ki, Niderland Rusiyanın cavabı üçün özünü qanuni hədəfə çevirir.
Onun sözlərinə görə, ölkəsi həmişə öz xalqının maraqlarına uyğun siyasət yeritməlidir. Aysel Mətləb
tag: Niderland,Ukrayna,Münaqişə,Sülh,Todaypress.az,