Niderland Ukrayna üçün dronlara sərmayə qoya bilər
Ukrayna Prezidenti Volodimir Zelenski
Niderlandın Baş naziri Dik Shof ilə telefon danışığı keçirib və liderlər
Ukraynaya yeni yardım imkanlarını müzakirə ediblər.
TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu
barədə Shof “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Londondakı sammitdən sonra Zelenski
ilə Ukraynada baş verənlərlə bağlı danışmaq onun vacib idi.
“Digər məsələlərlə yanaşı, Niderlandın qismən Ukraynanın
müdafiə sənayesinə yönəlmiş pilotsuz uçuş aparatları sahəsinə 700 milyon avro
investisiya paketindən danışdıq” Baş nazir vurğulayıb.
O bildirib ki, Niderland Rusiyaya qarşı müharibədə
Ukraynanı dəstəkləyir və buna görə də Amsterdam bu ölkəyə siyasi, hərbi,
maliyyə və mənəvi yardımlarını davam etdirəcək.
tag: Ukrayna, Niderland, Sərmayə, Avro, DOllar, Dron, todaypress.az,