Niderland Ukraynaya 700 milyon ayıracaq
"Niderland hakimiyyəti pilotsuz uçuş aparatların istehsalına 700 milyon avroluq investisiya paketi yönəldəcək, bunun bir hissəsi Ukrayna hərbi sənaye kompleksinə yatırılacaq".
TodayPress xəbər verir ki, bu barədə krallığın Baş naziri Dik Şof bildirib.
O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukraynadakı hadisələrlə bağlı danışmaq vacibdir.
Niderland Kiyevə siyasi, hərbi və maliyyə dəstəyini davam etdirmək niyyətindədir. Bununla yanaşı krallıq 2026-cı ildə Ukraynaya 3,5 milyard avro yardım ayırmaq niyyətindədir.
Şof əlavə edib ki, bu il daha çox vəsaitə ehtiyac olarsa, onlar gələn il üçün büdcədə ehtiyatda saxlanılan vəsaitlərdən götürüləcək.
Türkan İsgəndərli
tag: Hollandiya,Ukrayna,Zelenski,Dik Şof,Todaypress.az,