Niderland Ukraynaya yeni yardım paketi ayırdı

Dünya

31.03.2025 14:01

2152

Niderland Ukraynaya iki milyard avro məbləğində yeni hərbi yardım paketi ayırmağa hazırlaşır. 

TodayPress xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans "X" da yazıb. 

Onun sözlərinə görə, 2025-ci ildə Ukrayna üçün iki milyard avroluq yardım paketi ayrılıb. Nazir əlavə edib ki, dron sektorunda 500 milyon avro həlledici əhəmiyyət kəsb edir. 

O vurğulayıb ki, bu maliyyə dəstəyi Ukraynanın Rusiya ilə mübarizəsində mühüm rol oynayacaq və ölkənin hərbi imkanlarını artırmağa kömək edəcək.

Brekelmans həmçinin Niderlandın Ukraynaya dəstəyinin davam edəcəyini və Avropanın təhlükəsizliyi naminə bu cür yardımların əhəmiyyətli olduğunu qeyd edib. 

Qeyd edək ki, son aylarda bir sıra Avropa ölkələri Ukraynaya yeni hərbi yardımlar ayırdıqlarını elan ediblər.   

Türkan İsgəndərli

tag: Niderland,Ukrayna,Hərbi,Yardım,Paket,Todaypress.az,