Nigeriyada neft boru kəməri partladı

Dünya

18.03.2025 14:34

1791

Nigeriyada Trans-Niger neft boru kəmərində partlayış baş verib. 

TodayPress xəbər verir ki, bu barədə “Vanguard” nəşri məlumat yayıb.  Hazırda kəmərin zədələnən hissəsi yanır.

Hadisənin səbəbi açıqlanmayıb.   

Bundan əvvəl yerli yaraqlılar əvvəllər davam edən siyasi böhran səbəbindən hökumətin neft obyektlərinə hücum etməklə hədələmişdilər. 

Qeyd edək ki, Trans-Niger Boru Kəməri xam nefti nəql edən ölkənin ən mühüm ixrac infrastrukturudur. 

Türkan İsgəndərli

tag: Nigeriya,Trans-Niger ,Hadisə,Vanguard,Todaypress.az,