Nigeriyada tikintisi gedən çoxmərtəbəli bina uçdu

Dünya

19.04.2025 20:00

12

Nigeriyanın iqtisadi mərkəzi olan Laqosda tikintisi tamamlanmamış çoxmərtəbəli bina uçub.

TodayPress  “Vanguard”a istinadən xəbər verir ki, şahidlər çoxlu sayda zərərçəkənlərin olduğunu bildirirlər.

Hadisə aprelin 19-da səhər saatlarında Ocodu rayonunda baş verib. Uçqun altında həm işçilər, həm də təsadüfi yoldan keçənlər qalıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır. Hələlik doqquz nəfər xilas edilib.

tag: Nigeriya, Bina,Uçqun, Hadisə,todaypress.az,