“Nike” 4,5 milyard dollarlıq kredit sazişi bağladı

Dünya

11.03.2025 13:43

2427

Amerikanın idman malları istehsalçısı “Nike Inc.” “Bank of America Corp.” ilə ümumi məbləği 4,5 milyard dollar olan iki kredit sazişi imzalayıb.   

TodayPress xəbər verir ki, bu barədə məlumat ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) saytında yayımlanıb. 

Bildirilib ki, ilk saziş 364 günlük müddəti əhatə edir və 6 mart 2026-cı il tarixinədək qüvvədə olacaq. Bu müddət ərzində “Nike” 1 milyard dollar məbləğində kredit götürə bilər. Daha sonra tərəflərin razılığı ilə bu məbləğ 1,5 milyard dollara qədər artırıla bilər. 

İkinci sazişin müddəti 7 mart 2030-cu il tarixinədək qüvvədə olacaq. Saziş çərçivəsində Nike 2 milyard dollar kredit əldə edə bilər və məbləğ 3 milyard dollara qədər artırıla bilər. Müqaviləyə əsasən, müddət hər biri bir il olmaqla iki dəfə uzadıla bilər. 

Qiymət Mahir

tag: Nike,Kredit,Saziş,ABŞ,Todaypress.az,