Nikol Paşinyan və Marko Rubio arasında telefon danışığı baş tutdu

Dünya

25.03.2025 22:50

1569

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ-nin dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

TodayPress xəbər verir ki, tərəflər Ermənistan - ABŞ strateji tərəfdaşlığına dair məsələlər, eləcə də regional gündəm ətrafında fikir mübadiləsi aparıblar.


Ermənistanın hökumət başçısı ABŞ-ın dövlət katibini "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarsı münasibətlərin qurulması haqqında" razılaşmanın layihəsinin razılaşdırıldığı danışıqlar prosesi barədə məlumatlandırıb.

O qeyd edib ki, sənəd imzalanmasını gözləyir.

Tərəflər eyni zamanda Ermənistan və ABŞ arasında təmasların davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

tag: Paşinyan, Ermənistan, ABŞ, Dövlət Katibi, Rubio Marko, Telefon, Danışıq, todaypress.az,