Nissan ABŞ-dəki sifarişlərini dayandırır
Yaponiyanın "Nissan" şirkətinin rəhbərliyi, ABŞ-dən olan müştərilər üçün yeni "Infiniti QX50" və "QX55 premium" krossoverlərinə sifariş qəbul etməyi dayandırma qərarı verib.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ-nin gömrük siyasətinin sərtləşməsi xarici avtomobil istehsalçılarına və onlara aid komponentlərin istehsalçılarına da təsir göstərib.
ABŞ xaricində məhsul istehsal edən şirkətlər üçün idxal rüsumları 25 faiz təşkil edəcək.
Ağ Evin bu tədbirləri yüngülləşdirmək üçün əsas şərti, istehsalın ABŞ-yə köçürülməsidir.
Rüsumların artırılması "Nissan" rəhbərliyini cavab tədbirləri görməyə vadar edib. "Infiniti QX50" və "QX55 premium" krossoverləri ABŞ-də yüksək tələbatla satılır.
Bu cür avtomobillər Meksikada istehsal olunur. Meksikadan gələn məhsullara isə 25 faizlik rüsum tətbiq olunur.
Bu modellərin ABŞ bazarı üçün sifarişlərinin dayandırılması, amerikalı istehlakçıların alış-veriş vərdişlərinə mənfi təsir göstərə bilər. Lakin digər bazarlar üçün nəzərdə tutulmuş bu cür krossoverlərin istehsalı davam edəcək.
Digər iki avtomobil nəhəngi isə, əksinə, Trampın məsləhətlərinə qulaq asıb istehsalın bir hissəsini ABŞ-yə köçürməyi qərara alıb. Söhbət İsveçin "Volvo" və Almaniyanın "Mercedes-Benz" şirkətlərindən gedir.
İlk şirkət, ABŞ rüsumlarının tətbiqindən sonra Cənubi Karolinada yerləşən zavodunda istehsalın artırılması üzərində düşünür, ikinci isə öz populyar modellərindən birinin istehsalını ABŞ-yə köçürməyi planlaşdırır.
Töhfə Səməd
tag: ABŞ,Nissan,Satış,Dayanma,Todaypress.az,