"Nissan" "Honda" ilə razılaşmadı

Dünya

06.02.2025 18:47

2653

"Nissan Motor" kooperasiyası "Honda" ilə birləşmə danışıqlarını dayandırmaq qərarına gəlib. 

TodayPress xəbər verir ki, bu barədə "Kyodo" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, bu, istehsal həcminə görə dünyada üçüncü ən böyük avtomobil qrupunun yaranmasına səbəb ola biləcək təşəbbüsün uğursuzluğu deməkdir. Bununla belə, "Honda" "Nissan" ilə digər əməkdaşlıq formalarını, məsələn, elektromobillər üçün proqram təminatı və akkumulyatorların hazırlanması sahəsini nəzərdən keçirməyə hazırdır. 

Qeyd olunur ki, "Nissan"ın bu qərarına səbəb "Honda"nın "Nissan"ı özünün törəmə müəssisəsinə çevirmək təşəbbüsü olub. Bu, şirkət daxilində ciddi narazılığa səbəb olub. 

Töhfə Səməd 

tag: Nissan,Motor,Honda,Birləşmə,todaypress.az,