Norveç Ukraynaya 335 milyon ayıracaq

Dünya

07.04.2025 18:54

14

Oslo Kiyev üçün əlavə 335 milyon avro ayıracaq. 

TodayPress xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qahr Stor bildirib. 

Onun sözlərinə görə, Norveç Ukrayna üçün artilleriya mərmilərinin alınması üçün əlavə 4 milyard Norveç kronu (təxminən 335 milyon avro) ayıracaq.   

Nazir həmçinin qeyd edib ki, Norveçin aparıcı hərbi sənaye şirkətləri Avropa İttifaqının hərbiləşdirilməsi üzrə proqramlarda iştirak edəcəklər. 

Türkan İsgəndərli

tag: Norveç,Ukrayna,Maddi ,YArdım,Todaypress.az,