Norveç Ukraynaya dəstəyini ikiqat artıracaq
Norveç bu il Ukraynaya maliyyə dəstəyini 7,5 milyard avroya çatdıracaq ki, bu da əvvəllər planlaşdırılan məbləğdən 2 dəfə çoxdur.
TodayPress xəbər verir ki, bu barədə Norveçin baş naziri Yonas Qahr Störe məlumat verib.
O qeyd edib ki, Norveç parlamentindəki bütün partiyalar Ukraynaya dəstəyi artırmağa razılaşıblar.
Störe bu qərarı "Ukrayna və Avropada sülh və sabitliyə mühüm töhfə" adlandırıb və əlavə edib ki, Norveç hazırda İkinci Dünya müharibəsindən bəri ən pis təhlükəsizlik vəziyyətindədir.
O, həmçinin qeyd edib ki, Avropa müstəqil şəkildə müdafiəsini gücləndirməli və Ukraynaya dəstəyi artırmalıdır.
Aysel Mətləb
tag: Norveç,Ukrayna,Zelenski,Dəstək,Todaypress.az,