Norveç Ukraynaya maliyyə dəstəyini artıracaq
Norveç hökuməti parlamentə Ukraynaya maliyyə dəstəyinin artırılması ilə bağlı müraciət edəcək.
TodayPress xəbər verir ki, bu barədə Norveç Baş naziri Yonas Kahr “NRK” yayım korporasiyasına müsahibəsi zamanı məlumat verib.
"Tezliklə parlamentə bu dəstəyin artırılması təklifi ilə qayıdacağıq" deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb.
Görüş zamanı liderlər arasında gərgin müzakirələr aparılıb.
Nicat Osman
tag: Norveç,Ukrayna,Maliyyə,Yardım,Todaypress.az,