Norveçdə neft emalı zavodunda yanğın oldu

Dünya

03.05.2025 08:56

11

Norveçin Monqstad şəhərindəki neft emalı zavodunda yanğın baş verib, hadisə yerində təxliyə işləri aparılır.

TodayPress xəbər verir ki, bu barədə "NRK" teleradio şirkəti yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

"Yanğınsöndürmə xidməti Mongstaddakı neft emalı zavodunda transformatorun yanması barədə məlumat verib. Hazırda obyektdə təxliyə işləri aparılır. Xəsarət alanlar barədə məlumat verilməyib" teleradio şirkətinin məlumatında bildirilib.

tag: Norveç,Yanğın, Partlayış, Neft, Zavod, todaypress.az,