Norveçdə qaz hasilatı kəskin azaltdı
2025-ci ilin fevral ayının nəticələrinə görə, Avropanın enerji bazarına bu növ yanacaq tədarükçüsü olan Norveçdə qaz hasilatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalıb.
TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” Norveç Dəniz Müdirliyinə (NOD) istinadən məlumat yayıb.
İlkin hesablamalara görə, ötən qış ayı ərzində Norveç ümumilikdə 9,94 milyard kubmetr qaz hasil edib.
Belə ki, aylıq Norveçdə qaz hasilatı 7,7 faiz və ya təxminən 830 milyon kubmetr azalıb. Qeyd edək ki, hesabat dövründə həmçinin neft hasilatı da azalıb.
Fevralda orta sutkalıq göstərici kondensat və yüngül karbohidrogenlərin geniş hissəsinin hasilatı nəzərə alınmaqla illik müqayisədə 3,2 faiz azalaraq 1,938 milyon barelə düşüb.
Aylıq azalma isə 2 faiz olub.
Aysel Mətləb
tag: Norveç,Qaz,Yanacaq,Avropa,Hasilat,Todaypress.az,