Norveçi bu il Ukraynaya dəstəyi 8 milyard dollara çatdıracaq

Dünya

04.04.2025 21:13

1201

Norveç hökuməti 2025-ci il üçün Ukraynaya hərbi yardımını 8 milyard dollara qədər artıracaq.

TodayPress xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında yayımlanan press-relizdə bildirilir.

 

“Məbləğin artırılması beynəlxalq təşəbbüslər vasitəsilə və Ukraynanın müdafiə sənayesindən birbaşa satınalmalar yolu ilə hərbi dəstəyə yönəldiləcək” deyə məlumatda qeyd olunub.

Məlumata görə, hava hücumundan müdafiə sistemləri, artilleriya üçün sursat, pilotsuz uçuş aparatları və dəniz təhlükəsizliyi ilə bağlı məsələlərdə dəstək prioritetdir.

 

tag: Norveç, Ukrayna, Yardım, Hərbi, Dollar, todaypress.az,