Növbəti Tramp-Putin görüşünün keçiriləcəyi yer açıqlandı
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Səudiyyə Ərəbistanında ikitərəfli Rusiya-Amerika sammitinin keçirilə biləcəyini təklif edib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
“Bilirsiniz, mən onların adından danışa bilmərəm, amma mənim fikrimcə, yəqin ki, bu baş verəcək” deyə o, "Bloomberg"in "Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün Səudiyyə Ərəbistanında baş tutub-tutmayacağı" ilə bağlı sualına cavab verərkən bildirib.
Aynur TAC
tag: ABŞ ,Donald Tramp,Stiven Uitkoff,Səudiyyə Ərəbistanı,Rusiya,Amerika,todaypress.az,