Nuhun gəmisi Türkiyədə tapıldı

Dünya

08.04.2025 17:54

14

Türkiyədəki bir qrup tədqiqatçı Nuhun gəmisi ola biləcək qeyri-adi bir relyef formasının qazıntılarına hazırlaşdıqlarını açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Söhbət Ağrı dağından cəmi 30 kilometr cənubda yerləşən Duruypınar adlı 165 metrlik təpədən gedir.

Məhz bu bölgənin Bibliyada qeyd olunan böyük tufandan sonra gəminin dayandığı yer olduğu ehtimal edilir.   

Təpənin forması nəhəng bir qayıq siluetini xatırladır.

Layihə üzərində çalışan “Noah’s Ark Scans” komandası ərazidə radar skanlamaları apararaq torpaq nümunələri götürüb.

Analizlər nəticəsində yüksək miqdarda orqanik maddə və kalium aşkar edilib. Bu maddələr, çürümüş ağac materiallarının varlığını göstərə bilər.  Ərazidə maraq doğuran digər müşahidə isə "qayıq formasının" içərisindəki otların payızda daha tez saralmasıdır.

Alimlər bu fenomeni yeraltı tikililərin ola biləcəyi ilə izah edirlər. Daş və torpaq qatlarının analizində həmçinin dəniz mənşəli çöküntülər və mikroskopik dəniz canlılarının qalıqları aşkarlanıb.

Onların yaşı təxminən 3500–5000 il arası qiymətləndirilir ki, bu da Bibliyada təsvir olunan Böyük Tufan dövrünə uyğun gəlir. 

Bununla belə, tədqiqatçılar bildirirlər ki, hələlik nəticələr qənaətbəxş dəlil hesab edilmir və genişmiqyaslı qazıntılar yalnız əlavə sınaqlardan sonra başlayacaq. 

Töhfə Səməd

tag: Nuh,Gəmi,TÜrkiyə,Ağrı dağ,Todaypress.az,