NYP: Ukrayna atəşkəsi qəbul edir
Gələn həftə Londonda ABŞ və Kiyevin müttəfiqlərinin iştirakı ilə keçiriləcək görüşdə Ukrayna üzrə atəşkəs planının təsdiqlənməsi planlaşdırılır.
TodayPress xəbər verir ki, bu barədə "The New York Post" ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, toplantıda "tam və hərtərəfli atəşkəs" məsələsi gündəmdə olacaq. Görüş iştirakçıları daha sonra Rusiya ilə danışıqlar aparmağı nəzərdə tutur və bu görüşü “ən yaxşı və son həll yolu” kimi qiymətləndirirlər.
Xatırladaq ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerov daha əvvəl qeyd edib ki, Kiyev ABŞ tərəfindən təklif edilən sülh çərçivəsinin 90 faizini qəbul edir. Hazırda tərəflər Rusiyanın bu təklifə cavabını gözləyirlər. Ehtimallara görə, Moskva razılaşmanı qəbul etməsə, ABŞ danışıqları dayandıra bilər.
Türkan İsgəndərli
tag: ABŞ,Ukrayna,Sülh,Atəşkəs,todaypress.az,