NYT: ABŞ Ukraynanı NATO-ya qəbul etməyi düşünür

Dünya

26.04.2025 15:35

13

Paris və Londonda görüşlər zamanı amerikalı danışıqlarçılar ukraynalı və avropalı həmkarlarına bildiriblər ki, ABŞ prezidenti Donald Trampdan sonrakı administrasiya Ukraynanın NATO-ya daxil olması məsələsini həll edə bilər.   

TodayPress xəbər verir ki, bu barədə “New York Times” (NYT) yazıb.   

Nəşr Amerika rəsmilərindən sitat gətirib:       

“ABŞ-nin növbəti administrasiyası Ukraynanın NATO-ya üzv olmasına icazə verə bilər”.       

Eyni zamanda, amerikalı diplomatlar qeyd ediblər ki, Kiyevin Şimali Atlantika Alyansına qəbulu hərbi blokun bütün iştirakçılarının konsensusunu tələb edir.   

Bundan əlavə, Vaşinqtonun Moskvanın belə bir ssenari ilə razılaşacağına əmin olmadığı göstərilir.     

Qeyd edək ki, bundan əvvəl Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çun ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında Romada keçirilən görüşün məhsuldar keçdiyini bildirib.     

Mətbuat katibi əlavə edib ki, görüşün ətraflı təfərrüatları açıqlanacaq.

tag: ABŞ,Ukrayna,NATO,Rusiya,Todaypress.az,