NYT: Aİ enerji böhranını tam həll edə bilmədi

Dünya

03.02.2025 15:53

2181

Avropa ölkələri Rusiya qazından imtina etməklə başlayan enerji böhranını hələ də tam aradan qaldıra bilməyib. Yeni enerji mənbələri, o cümlədən ABŞ-dən idxal olunan qaz bu asılılığı azaltmağa kömək etsə də, böyük maliyyə xərcləri Avropa iqtisadiyyatını çətin vəziyyətə salıb. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazır. 

Məqalədə bildirilib ki, 2022-ci ildə Ukraynada başlayan münaqişə Avropada enerji böhranına səbəb olub.

Qitə enerji istehsalı və saxlama üsullarını dəyişib, Rusiya qazını sıxılmış təbii qaz (LNG) və digər mənbələrlə əvəz edib. 2021-ci ildən bəri Avropada külək və günəş enerjisi istehsalı təxminən 50% artıb, yeni atom elektrik stansiyalarının tikintisi planlaşdırılır. 

Lakin bu tədbirlərə baxmayaraq, Avropanın enerji təhlükəsizliyi hələ də zəif olaraq qalır. Region hələ də öz istehlakını tam ödəyə bilmir, ABŞ kimi digər ölkələrdən asılıdır. Avropada qazın qiyməti ABŞ-dən 4 dəfə bahadır.

Bu, istehlakçılar və sənaye üçün ciddi yük yaradır. Avropa mediası Avropa İttifaqının Rusiya qazından imtina etməsini “enerji intiharı” adlandırır. Son 3 ildə enerji qıtlığı ilə üzləşən Avropa ölkələri alternativ mənbələrə keçidin həddindən artıq baha başa gəldiyini anlayır.

Bu vəziyyət bazar spekulyasiyalarına səbəb olur və hökumətlər qiymət artımını nəzarətdə saxlamaqda çətinlik çəkir. 

Qiymət Mahir

tag: Qitə,Avropa,Rusiya,Qaz,Todaypress.az,