Nyu-Yorkda helikopter çaya düşdü

Dünya

11.04.2025 08:45

14

Nyu-Yorkda helikopter qəza edərək Hadson çayına düşüb.

TodayPress xəbər verir ki, bu barədə şəhər polisi "X" sosial şəbəkəsində məlumat yayıb.

Nəticədə bir nəfər dünyasını dəyişib.

Qeyd olunub ki, hadisə yerinə təcili yardım və xilasedici xidmətlər cəlb olunub.

Əlavə məlumat hələlik açıqlanmayıb.

tag: Nyu-York, Helikopter, Hadson, Çay, Təcili Yardım, todaypress.az,