Ömer Çelik: Ermənistanın konstitusiyanı dəyişdirməsi vacibdir
Türkiyənin
hakim Ədalət və İnkişaf Partiyası (AKP) Azərbaycanla Ermənistan arasında sülh
sazişi üzrə danışıqların yekunlaşmasına münasibət bildirib.
TodayPress xəbər verir ki, bu barədə partiyanın
sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.
O, bunu mühüm addım kimi qiymətləndirib: “Tərəflər
arasında iki məsələ barədə fikir ayrılığı var idi. İndi isə Azərbaycanla
Ermənistan arasında sülh üçün demək olar ki, bütün məqamlarda razılıq əldə
olunub. Bu, Qafqazda sülh üçün mühüm mərhələdir”.
Ö.Çelik söyləyib ki, bundan sonra Ermənistanın
Azərbaycana qarşı qanunvericilik aktlarını, o cümlədən konstitusiyasını
dəyişdirməsi vacibdir.
Qeyd edək ki,
Azərbaycan Xarici İşlər
Nazirliyi martın 13-də Ermənistanla
sülh sazişi üzrə danışıqların
yekunlaşdığını bildirib.
tag: Ömər Çelik, Türkiyə,Azərbaycan, Ermənistan, todaypress.az,