"OPEC" qlobal neft tələbatının artım proqnozunu açıqladı
"OPEC"in mart hesabatında 2025 və 2026-cı illərdə qlobal neft tələbatının artımının sutkada 1,4 milyon barel olacağı gözlənilir. Təşkilat ilin əvvəlindən tələb artımı ilə bağlı təxminlərini dəyişmir.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"OPEC"in proqnozuna görə, 2025-ci ildə neftə tələbat sutkada 105,2 milyon, 2026-cı ildə isə 106,63 milyon barel təşkil edəcək.
"OPEC" tələb artımının əsasən Çin, Hindistan, digər Asiya ölkələrindən, eləcə də Yaxın Şərq və Latın Amerikasından olacağını gözləyir. Bundan əlavə, "OPEC" 2025 və 2026-cı illərdə qeyri "OPEC+" ölkələri üzrə neft tədarükünün artımı proqnozunu sutkada 1 milyon barel səviyyəsində saxlayıb.
Mütləq hesabla, 2025-ci ildə qeyri "OPEC+" ölkələrindən neft tədarükü bu il 54,21 milyon barel, gələn il isə 55,21 milyon barel təşkil edəcək. 2025-ci ildə neft hasilatının ən çox ABŞ, Braziliya, Kanada və Norveçdə artacağı, hasilatın isə ən böyük azalmasının Anqolada olacağı gözlənilir.
2026-cı ildə "OPEC"in proqnozuna görə, neft tədarükündə ən güclü artım ABŞ, Braziliya, Kanada və Argentinadan, ən güclü azalma isə Norveçdən gələcək.
Töhfə Səməd
tag: OPEC,Neft,Tələbat,Artım,Proqnoz,Qaz,İxrac,Dünya,todaypress.az,