Orban Aİ-nin Ukrayna ilə bağlı planlarını açıqladı

Dünya

28.03.2025 14:17

2452

"Avropa İttifaqının (Aİ) icma əhalisini 72 saat ərzində Ukraynanı ərzaq və digər zəruri maddələrlə təmin etməyə çağırması Aİ-nin Ukraynadakı münaqişədə daha geniş iştiraka can atması deməkdir".     

TodayPress xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiosunda çıxışı zamanı deyib. 

 “Avropanın indi müharibə təhlükəsi ilə üz-üzə qaldığını görmürəm. Əgər kimsə buna hazırlaşırsa, deməli, onun özü hansısa hərbi əməliyyatlara başlamaq niyyətindədir. Beləliklə, Brüssel Ukraynanı dəstəkləyərək münaqişəyə qarışdığı üçün bunu davam etdirmək istəyir” deyə o, bildirib.   

Orban qeyd edib ki, Aİ rəhbərliyi münaqişəni həll etməkdənsə, Ukraynada döyüşləri davam etdirməyə çalışır.   

Aysel Mətləb

tag: Macarıstan,Viktor Orban,Avropa İttifaqı,Ukrayna,Todaypress.az,