Orban: “Aİ Ukraynanı maliyyələşdirərək müflis olur”

Dünya

02.05.2025 18:10

10

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya dəstək siyasətini kəskin tənqid edib. 

TodayPress xəbər verir ki, o, "Kossuth" radiostansiyasına danışıb.

“Aİ Ukraynaya pul daşıyır, özü isə müflis olur” deyə o bildirib.

Onun sözlərinə görə, Brüssel Kiyevə Ukraynanın  Aİ-yə sürətli üzvlüyü üçün “nəhəng kredit” verib: 

“Ukraynanın tələsik üzvlüyü zərərli siyasətdir. Macarıstanda keçiriləcək referendum vətəndaşların mövqeyini göstərəcək və biz bu rəyə Brüssellə dialoqlarda istinad edəcəyik”.

Orban həmçinin qeyd edib ki, ayrılan vəsaitlərin böyük hissəsi birbaşa Ukraynaya deyil, xarici şirkətlərə yönələcək.

Qiymət Mahir

tag: Orban,Macarıstan,Aİ,Ukrayna,todaypress.az,