Orban Ukraynanın Aİ-yə daxil olmasını istəmir
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın dərhal Avropa İttifaqına daxil olmasına qəti şəkildə qarşı olduğunu bildirib, lakin bunun gələcəkdə baş verə biləcəyini istisna etməyib.
TodayPress xəbər verir ki, bu barədə “Kossuth” məlumat yayıb.
Orban, hazırda Ukraynanın Aİ-yə üzvlüyünün Macarıstanın maraqlarına tamamilə zidd olduğunu vurğulayıb.
O, "Ukraynanın icmaya qəbul edilməsinə açıq etiraz edirəm" deyib, lakin bu vəziyyətin daimi olmayacağını diqqətə çatdırıb.
Baş nazir, Ukraynanın Aİ-yə daxil olmasının Macarıstanın kənd təsərrüfatına və milli iqtisadiyyatına zərər verəcəyini vurğulayıb.
"Bu, macar fermerlərinin və bütövlükdə kənd təsərrüfatının məhvinə səbəb olacaq" deyə Orban qeyd edib.
Nicat Osman
tag: Viktor Orban, Avropa, Macarıstan,Ukrayna,Todaypress.az,