Orban: "Ukraynanın Aİ-yə üzvlüyü böhrana gətirib çıxaracaq"
"Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Ukrayna Avropa İttifaqına (Aİ) qoşularsa, birlik maliyyə çətinlikləri ilə üzləşəcək".
TodayPress xəbər verir ki, bunu Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç “X” sosial şəbəkəsində paylaşıb.
"Ukraynanın Aİ-yə daxil olması Avropa üçün, o cümlədən Macarıstan iqtisadiyyatı üçün maliyyə çöküşü deməkdir" deyə Kovaç Orbanın “Kossuth Radio”ya müsahibəsindən sitat gətirib.
Orban Aİ-nin Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirmək qabiliyyətinə şübhə edir. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinə dəstək vermək və münaqişə bitdikdən sonra Ukraynanı bərpa etmək Aİ üçün ağır yük olacaq.
“Əgər biz bu yolu seçsək, son pulumuzu bu müharibəyə verməli olacağıq” deyə Orban xəbərdarlıq edib. Baş nazir hesab edir ki, Ukraynanın xərclərini hesablayandan sonra Avropa liderləri başa düşəcəklər ki, Aİ bunu ödəyə bilməz.
Aysel Mətləb
tag: Macarıstan,Orban,Ukrayna,Avropa İttifaqı,Todaypress.az,