Oteldə yanğın: 6 nəfər zəhərləndi

Dünya

04.04.2025 11:10

837

Türkiyənin Marmaris kurortunda oteldə yanğın baş verib.   

TodayPress xəbər verir ki, bu barədə "TRT" məlumat yayıb. 

Bildirilib ki, İçmələr səmtində yerləşən oteldə ümumilikdə 680 nəfər olub.

Onlar uğurla oteldən təxliyə edilib.   

Dəm qazından zəhərlənən 6 nəfər xəstəxanaya aparılıb. 

Yanğının otelin qazanxanasında başladığı güman edilir.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını nəzarətə götürərək söndürüblər.   

Türkan İsgəndərli

tag: Türkiyə,Marmaris,Otel,Yanğın,Todaypress.az,