Ötən il BMT-nin həbs edilən əməkdaşlarının sayı açıqlandı

Dünya

25.03.2025 22:10

1432

Ötən il BMT-nin dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən 101 əməkdaşı həbs edilib.

TodayPress xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında bildirib.

Baş katib paylaşdığı müraciətində hökumətləri BMT əməkdaşlarının təhlükəsizliyini və müdafiəsini gücləndirməyə, bu cinayətlərə görə ədaləti tələb etməyə çağırıb:

“Hazırda BMT-nin dünya üzrə həbsdə olan 52 əməkdaşından 23-ü Yəməndə əsassız olaraq saxlanılıb. Onlardan səkkizi İnsan Hüquqları Ofisinin əməkdaşlarıdır. Bu şəxslərin həbsi ədalətsizlikdir”.

BMT Baş katibi əməkdaşlarının dərhal və şərtsiz azad edilməsi üçün çağırışını bir daha təkrarlayıb.

 

tag: BMT, Yəmən, Antoniu Quterreş, Ölüm, Əməkdaş, todaypress.az,