Özbəkistan Türkiyə istehsallı PUA-lar alacaq

Dünya

29.01.2025 15:15

1373

Özbəkistan Türkiyənin TAI/TUSAŞ istehsalı olan ANKA PUA-larının idxalı haqqında saziş imzalayıb. 

TodayPress Türkiyə KİV-ə istinadən xəbər verir ki pilotsuz uçuş aparatlarının tədarükü yaxın vaxtlarda başlamalıdır.

Lakin onların sayı barədə məlumat verilmir. 

Birmühərrikli ANKA PUA havada 30 saata qədər qala bilir və 350 kiloqrama yaxın yükgötürmə qabiliyyətinə malikdir.

tag: Türkiyə,PUA,ANKA,Saziş,Todaypress.az,