Özbəkistanda məsciddə partlayış oldu: ölənlər var -YENİLƏNDİ
Özbəkistanın şərqində yerləşən Andican vilayətindəki məscidlərdən birində qaz-hava qarışığının partlaması nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Partlayış nəticəsində 3 vətəndaş ölüb, 10 vətəndaş yaralanaraq tibb müəssisələrinə aparılıb" idarədən bildirilib.
Töhfə Səməd
***
15:27
Özbəkistanın şərqində yerləşən Andican vilayətindəki məscidlərdən birində qaz-hava qarışığının partlaması nəticəsində insident baş verib.
TodayPress xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin vilayət üzrə regional idarəsi məlumat yayıb.
Hadisə martın 31-də yerli vaxtla saat 12:19-da İzbaskan rayonunda yerləşən Əhmədəli Xocə məscidində qeydə alınıb.
Partlayış barədə məlumat aldıqdan sonra FHN-in rəhbərliyi və məsul şəxsləri hadisə yerinə cəlb olunublar.
Bildirilib ki, hazırda vəziyyət tam nəzarət altındadır. İlkin məlumatlara əsasən, hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.
Qiymət Mahir
tag: Özbəkistan,Məscid,PArtlayış,Yaralı,Todaypress.az,