Özbəkistanda məsciddə partlayış - Ölənlər və yaralananlar var
Özbəkistanın
Əndican vilayətində məsciddə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin
(FHN) Telegram kanalında məlumat verilib.
Nazirliyin
məlumatına görə, xilasedicilərə Əndican vilayətinin İzbaskan rayonunda Mirzo
Uluqbek dini qurumunun ərazisindəki məscidlərdən birində “qaz-hava qarışığının
yayılması” barədə məlumat daxil olub.
Fövqəladə Hallar
Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 10 nəfər xəsarət alıb.
tag: Məscid, Partlayış, Özbəkistan, FHN, Yaralı, Ölüm, todaypress.az,