Özbəkistanda qar uçqunu təhlükəsi elan olundu
Özbəkistanın bəzi dağlıq rayonlarında 6-11
mart tarixlərinə gözlənilən yağıntılar və havanın temperaturunun dəyişəcəyi ilə
əlaqədar qar uçqunu təhlükəsi elan olunub.
TodayPress
yerli mediaya istinadən xəbər verir ki, Daşkənd, Namanqan, Kaşkadarin,
Səmərqənd, Surxandarin və Cizak əyalətlərində qar uçqunu təhlükəsi ilə bağlı
əhaliyə xəbərdarlıq edilib.
Dağlıq
rayonlarda yaşayan, istirahət edən vətəndaş və sürücülərdən təhlükəsizlik
tədbirlərinə riayət etmələri xahiş olunub.
tag: Qar, Uçqun, Özbəkistan, Xəbərdarlıq, Yağıntı, todaypress.az,